DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

HULUSİ AKAR TÜRKİYƏ TƏYYARƏSİNƏ HÜCUMUN DETALLARINI AÇIQLAYIB

Türkiyə vətəndaşlarını Sudandan təxliyə etmək üçün C-130 tipli təyyarələrimizdən biri paytaxt Xartumdakı aeroporta eniş edib. İkinci təyyarəmiz enişə hazırlananda atəşə tutulub”. “Reportagentliyinin məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazirin sözlərinə görə, buna rəğmən, təyyarə təhlükəsiz şəkildə eniş edib: “Təyyarəyə dəyən ziyan araşdırılır. Şəxsi heyət arasında itki yaralı yoxdur. Mövcud vəziyyətə görə, logistika dəstəyi barədə qərar veriləcək”.

Eyni zamanda, Hulusi Akarın qeyd etdiyinə görə, təyyarələrdən biri artıq geri qayıdıb.

Hulusi Akar həmçinin əlavə edib ki, hadisələr diqqətlə izlənilir: “Məqsədimiz vətəndaşlarımızın problemsiz şəkildə təxliyə edilməsidir. Bu məsələdə müvafiq qurumlarla koordinasiyanı davam etdiririk. İlkin məlumata görə, təyyarədə ciddi fəsad yoxdur".

Qeyd edək ki, aprelin 28- Sudanda təxliyə prosesini həyata keçirən TürkiyəninC-130” təyyarəsi atəşə tutulub.

 

DONALD TRAMP: ABŞ YENİ BÖYÜK DEPRESSİYA İLƏ ÜZLƏŞƏ BİLƏR

Cozef Baydenin hazırkı administrasiyasının yürütdüyü siyasət nəticəsində ABŞ yeni Böyük Depressiya ilə üzləşə bilər. “Trendagentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışı zamanı bəyan edib.

Donald Tramp qeyd edib ki, 2024- il prezident seçkilərində qalib gəlsə, hasilatı artıraraq enerji qiymətlərinin aşağı düşməsinə nail olacaq.

Keçmiş prezident iddia edib ki, enerji qiymətləri düşərsə, digər qiymətlərdə enmə müşahidə olunacaq. “Faiz dərəcəsini aşağı salıb ölkəmizi geri qaytaracağıq. Çünki indi getdiyimiz istiqamətə görə biz depressiya təhlükəsi ilə üz-üzəyik. 1929-cu il kimi depressiyaya doğru gedirik, lakin biz buna imkan verməyəcəyik”, - deyə Donald Tramp vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Böyük Depressiya 1929-cu ildə başlanmış 1939-cu ilə qədər davam etmiş dünya iqtisadi böhranıdır.

 

RAFAEL QROSSİDƏN AKKUYUAES-i İLƏ BAĞLI AÇIQLAMA

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael QrossiAkkuyuAtom Elektrik Stansiyasının  Türkiyə üçün uzun illər təmiz nüvə enerjisi istehsal edəcəyini bəyan edib. Bu barədəTRTtelekanalı məlumat yayıb.

Baş direktor aprelin 27- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinin canlı bağlantı ilə qatıldığıAkkuyuAES-in birinci nüvə yanacağının yüklənməsi mərasimində Türkiyənin bu gün iqtisadi inkişafında yeni mərhələyə qədəm qoyduğunu ölkənin nüvə enerjisini sülh yolu ilə qəbul etdiyini bildirib.

Rafael Qrossi qlobal istiləşmə iqlim dəyişikliyi dövründə yaşadığımızı diqqətə çatdırıraq deyib: “Nüvə enerjisi təmiz enerji mənbəyi kimi bu gün ziyarət etdiyim bu qeyri-adi obyektdə çox mühüm inkişafları təmin edəcək ölkənin elektrik enerjisinin 10 faizdən çoxunu təmin edəcək. Bu, ölkə üçün çox böyük uğurdur”.

 

INTEL MALİYYƏ BÖHRANI DAVAM EDİR

ABŞ-ın texnologiya şirkəti olanIntelmaliyyə cəhətdən çökməyə davam edir. “Trendagentliyinin məlumatına görə, 2023- ilin ilk rübünün nəticələrini açıqlayan ən böyük çip istehsalçısı, səhm satışında illik 133 faiz azalma yaşadığını açıqlayıb.

Verilən xəbərə görə, “Intelin gəliri ötən illə müqayisədə 36 faiz azalaraq 11,7 milyard dollara düşüb.

Bildirilir ki, şirkətin maliyyə çöküşünün bir neçə səbəbi var. Birincisi, şirkətin ən güclü istehsal xətti olan kompüter çiplərinin satışı arzuolunan səviyyədə deyil. Əvvəlki hesabat qlobal kompüter tədarükünün təxminən 30 faiz azaldığını göstərib.

Bununla yanaşı, masaüstü kompüter noutbukları gücləndirən çiplərin istehsalı ilə məşğul olan departamentin gəlirləri illik müqayisədə 38 faiz azalaraq 5,8 milyard dollar gəlir əldə edib. Məlumat mərkəzi süni intellektə əsaslanan server çipləri bölməsi isə 39 faiz azalaraq 3,7 milyard dollara düşüb.

 

ABŞ-danSEPAH FTX- QARŞI SANKSİYALAR

ABŞ Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) kəşfiyyatına qarşıAmerika vətəndaşlarının qeyri-qanuni saxlanılmasınagörə sanksiyalar tətbiq edib. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Vaşinqton administrasiyasının yüksəkrütbəli nümayəndəsi hakimiyyətin bu qərarına həsr olunmuş xüsusi brifinqdə bildirib.

Məlumata əsasən, administrasiya rəsmisinin sözlərinə görə, sanksiyaların birinci paketi ABŞ prezidenti Cozef BaydeninRusiya İranda amerikalıları əvvəllər ya hazırda girov tutan ya haqsız yerə saxlayan qurumlaraqarşı sərəncamı əsasında tətbiq edilir.

ABŞ rəsmisi busubyektlərinAmerika vətəndaşlarındansiyasi rıçaq ya ABŞ-dan güzəşt əldə etmək üçünistifadə etməyə çalışdıqlarını vurğulayıb. Belə ki, onun fikrincə, bu cür hərəkətlər beynəlxalq siyasi sistemin sabitliyi bütövlüyünə, həmçinin xaricdəki amerikalıların təhlükəsizliyinə təhdid olub.

FTX SepahABŞ vətəndaşlarının xaricdə qanunsuz saxlanılmasına əmrlər vermək, nəzarət ya başqa üsullarla rəhbərlik etdiyinə görə məsuliyyət daşıyırlar”, - deyə administrasiya rəsmisi diqqətə çatdırıb.

 

ZELENSKİ UZAQMƏNZİLLİ SİLAHLARA AVİASİYAYA EHTİYAC OLDUĞUNU BİLDİRİB

Ukrayna prezidenti Volodimir Zelenski Çex Respublikasının yeni prezidenti Petr Pavel Slovakiyanın dövlət başçısı Zuzana Çaputova ilə görüşüb. Bu barədəReportagentliyi məlumat yayıb.

Zelenski çexiyalı həmkarına səfərə görə təşəkkür edib Çexiyanın ilk günlərdən Ukraynaya kömək etdiyini qeyd edib. Zelenski daha sonra Slovakiya prezidenti ilə görüşüb ona Ukraynanı dəstəklədiyinə görə təşəkkür edib.

Volodimir Zelenski Çexiya Slovakiya prezidentlərinin iştirakı ilə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib: “Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlara, aviasiyaya, lazımi qədər artilleriyaya zirehli texnikaya ehtiyacı var, ona görə belə yardımda heç bir qadağa ola bilməz”.

V.Zelenski qeyd edib ki, Ukrayna üçün hər bir süni məhdudiyyət Rusiya üçün növbəti fürsətidir. Onun sözlərinə görə, ukraynalı hərbçiləri müdafiə üçün lazım olan hər şeylə təmin etmək tamamilə ədalətli olardı.

Eyni zamanda, Ukraynanın dövlət başçısı vurğulayıb ki, əks-hücuma hazırlaşırlar bunu hamı bilir, ona görə sazişlərin təfərrüatlarını açıqlamayacaq.

 

QAZAXISTAN ÇİNLƏ STRATEJİ TƏRƏFDAŞLIĞI GÜCLƏNDİRİR

Qazaxıstan Çinlə strateji tərəfdaşlığa üstünlük verir. “TurkicWorldportalının məlumatına görə, Çinin Sian şəhərində keçirilən Mərkəzi Asiya-Çin xarici işlər nazirlərinin dördüncü müşavirəsi çərçivəsində Çinin xarici işlər naziri Tsin Qanla Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu görüşüb.

Görüş zamanı, M.Nurtleu T.Qan beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb, siyasi, ticarət, iqtisadi, mədəni humanitar sahələrdə Qazaxıstan-Çin əməkdaşlığının cari vəziyyəti perspektivlərini müzakirə ediblər.

Bununla yanaşı, may ayında keçiriləcək ilk Mərkəzi Asiya-Çin sammitinə diqqət yetirilən görüşdə, həmçinin nəqliyyat logistika infrastrukturunda qarşılıqlı əlaqənin təkmilləşdirilməsi, elektron ticarətin inkişafı iştirakçı ölkələrin müvafiq qurumları arasında qarşılıqlı fəaliyyət üçün yeni mexanizmlərin yaradılması sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.