Azərbaycan Latviyanın etibarlı tərəfdaşıdır
Siyasət

Azərbaycan Latviyanın etibarlı tərəfdaşıdır

Latviya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir bu əlaqələr özünü həm mədəni, həm iqtisadi sahələrdə büruzə verir. Respublikalar arasındakı diplomatik münasibətlər 11 yanvar 1994- ildə qurulmuşdur. Daha sonra, 2005-ci ildə ölkəmizin Latviya Respublikasında səfirliyi açılmışdır. Latviyanın Azərbaycan Respublikasında səfirliyi isə 2006- ildən fəaliyyət göstərir.

Dövlətimiz bu ölkə ilə əməkdaşlığa Baltik-Qara dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi baxımından xüsusi əhəmiyyət verir. Təsadüfi deyil ki, Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatı istiqamətində Qara dəniz-Xəzər regionunun əsas ölkələrindən biri hesab edir. Latviya, həmçinin ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən olmuş, Ermənistan-Azərbaycan, keçmiş Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsi üçün dəstək göstərmişdir. Bu gün bəzi ölkələrin ermənipərəst mövqe tutmağına baxmayaraq, Latviya 44 günlük Vətən müharibəsindən sonra da bölgədəki problemlərin həllində ölkəmizin ərazi bütövlüyünə beynəlxalq hüquqa üstünlük verilməsi mövqeyindən əsla geri çəkilməmişdir. Qeyd edək ki, Latviya Avropa Birliyinə üzv ölkələr içərisində Azərbaycan ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayan dövlətlərdən biridir. Bu, Azərbaycanın qlobal inteqrasiya siyasətinin daha da dərinləşməsinə verilən mühüm töhfədir. Həmçinin Latviya Respublikasının NATO-ya üzv olması onun dövlətimiz ilə əməkdaşlığında yeni mərhələnin əsasını qoymuşdur. Çünki Azərbaycan da NATO-nun müəyyən proqramlarında fəal iştirak etmiş, əhəmiyyətli müzakirələrdə öz yanaşmalarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Latviyanın Birləşmiş Millətlər Təşkilatında Azərbaycan ilə bağlı məsələlərin müzakirəsi zamanı ölkəmizə tərəfdar çıxması təqdirəlayiqdir.

Münasibətlərin inkişafında ölkələrarası səfərlər böyük rol oynamışdır. Belə ki, 2017-ci ilin iyul ayında Prezident İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Latviya Respublikasına rəsmi səfər etmişdir. Həmin ilin mart ayında isə Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Azərbaycan Respublikasına işgüzar səfərə gəlmişdir. Bu səfərlər demək olar ki, tez-tez təkrarlanır. Belə ki, bu il mart ayının 8- Latviya Prezidenti Egils Levits Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan görüş xüsusi əhəmiyyət kəsb edir. Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, Ukraynadakı vəziyyət Azərbaycanla arasında münasibətlər müzakirə olunmuş, Latviya Prezidenti ölkəmizlə əlaqələri yüksək qiymətləndirmişdir: "Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz ilə Azərbaycan arasında əlaqələrin inkişafında çox maraqlıyıq".

Qeyd edək ki, hazırda Bakı ilə Riqa arasında ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli şərait mövcuddur. Latviyanın informasiya texnologiyaları sahəsi çox inkişaf edib Azərbaycan bərpaolunan enerji sahəsində yüksək potensiala malikdir.Bu baxımdan, gələcəkdə elm təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi mümkündür.

Bir sözlə, Azərbaycan Latviya arasında əlaqələr dinamik inkişaf mərhələsindədir ki, bu da hər iki ölkə üçün faydalıdır.

Nəzrin ELDARQIZI,

"Respublika".