Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviçdən
Məktublar

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli İlham Heydər oğlu!

Sizi və Azərbaycan xalqını görkəmli milli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Ölkəsinin əsl vətənpərvəri olaraq, Heydər Əliyev respublikanın yüksək sosial-iqtisadi inkişafı üçün möhkəm bünövrə yaratmaqla müasir Azərbaycanın formalaşmasına dəyərli töhfə vermişdir. Azərbaycanın Ümummilli Liderinin çoxqütblü dünya nizamının müdafiəsində önəmli rolunu, Avrasiya məkanında ümumi dəyərlər və ideallarla birləşmiş dövlətlərin əməkdaşlığının möhkəmləndirilməsində səylərini xüsusi qeyd etmək istərdim.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, dahi atanızın fəaliyyətinin davam etdirilməsində böyük uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Respublikası qarşılıqlı faydalı Avrasiya tərəfdaşlığının inkişafında bundan sonra da əhəmiyyətli rol oynayacaqdır.

Hörmətlə,

Mixail Myasnikoviç

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri