Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Digər xəbərlər

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən ASAN Radioya verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

“Respublika”.