SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Yeyib-yatanlarda xəstəlik riski artır

Adətən həkimlərdən eşidirik ki, yeməkdən dərhal sonra uzanmaq yatmaq olmaz. Lakin bunun səbəbləri bir çoxlarımıza dəqiq məlum deyil. Həkimlərin söylədiklərinə görə, yeməkdən dərhal sonra uzanan ya yatan insanlarda bəzi xəstəliklərin inkişaf riski artır.

Mütəxəssislər bildirirlər kiyeməkdən dərhal sonra uzanmaq ya yatmaq daha çox qastroezofageal reflüks xəstəliyi  (QERX) riskini artırır. Mədə möhtəviyyatının qida borusuna geri axması qida borusunun distal şöbəsinin selikli qişasının iltihabi dəyişiklikləri ilə xarakterizə olunan bu xəstəlik  ezofagit adlandırılır. Bu xəstəlik səbəbindən insan uzandıqda mədədə olan turş kütlənin bir hissəsi geriyə - qida borusuna düşə bilər. Əgər belə  hal tez-tez təkrarlanarsa, bu qida borusunun divarlarının iltihabına, divarlarda xoraların əmələ gəlməsinə səbəb olur. Ezofagit çox ciddi pozulma sayılır. Uzun müddət ərzində mövcud olan, müalicə olunmayan ezofagitin fonunda qida borusu xərçəngi inkişaf edə bilər.

Bundan əlavə, indiyə qədər aparılan araşdırmaların nəticələri  göstərir ki, yeməkdən sonra yatan insanda şəkərli diabet riski yüksəkdir. Bu vərdiş həmçinin piylənməyə yol açır. Belə ki, yuxu zamanı maddələr mübadiləsi ləngiyir ki, bu da çəkinin artmasına səbəb olurYeməkdən dərhal sonra yatan insanların qanında xolesterin səviyyəsi yüksələ bilər. Xolesterinin səviyyəsinin artması isə ürək-damar sisteminə mənfi təsir edir, insult infarkt riskini artırır. Bu səbəbdən alimlər yeməkdən sonra bir qədər gəzməyi tövsiyə edirlər.

 

Bu tərəvəzləri alarkən diqqətli olun!

Xüsusilə yay aylarında süfrələrimizdən əskik etmədiyimiz, ən çox sevdiyimiz tərəvəzlərdən olan pomidor xiyarla bağlı  kritik xəbərdarlıq edilib. Belə ki, kimyəvi təsirlərə məruz qalan sözügedən tərəvəzlərin  sağlamlıq üçün çox zərərli olduğunu qeyd edən qida mütəxəssisləri onları ayırd etməyin yollarını açıqlayıblar.

Pomidorun dərmanlı olub-olmadığını anlamaq əslində çox sadədir. Onun qabığının çox süni göründüyünü düşünürsünüzsə içərisində cizgiləri görürsünüzsə, bu tərəvəzdə azot turşusu ola bilər. Bu isə sağlamlıq baxımından olduqca təhlükəlidir.

Tərkibindəki su pulpa sayəsində sağlamlıq üçün çox faydalı olan xiyar da yetişdirilmə üsullarına görə fərqlənir. Belə ki, tərkibində toxum olmayan yumşaq xiyarlar sağlamlıq üçün təhlükə yarada bilər. Qida mütəxəssislərinin sözlərinə görə, kənd təsərrüfatında  pestisidlərlə (kimyəvi zəhərli maddələrbecərilən  bitkilər bir çox xəstəliklərin qaynağı hesab olunur. Orqanizmə mənfi təsir edən bu maddələr xərçəng daxil olmaqla, bir sıra xəstəliklərə yol aça bilər. Bu səbəbdən nəinki pomidor xiyar, ümumilikdə mövsümündən öncə yetişdirilən bütün meyvə-tərəvəzlərin istehlak edilməməsi tövsiyə olunur.

 

 

Yumurtanı soyuducuda neçə gün saxlamaq olar?

Məlumdur ki, yumurta insan orqanizmi üçün faydalı olan ən əhəmiyyətli zülal qaynaqlarından biridir. Lakin çox zaman demək olar ki, hər gün istifadə edilən, səhər yeməklərinin əvəzedilməz qidası olan yumurtanın saxlanma şəkli müddətinə fikir vermirik. Adətən onları günlərlə soyuducuda saxlayırıq, lazım olduqca istifadə edirik. Ancaq mütəxəssislər bildirir ki, yumurtanın da soyuducuda saxlanma müddəti var. Bəs sağlamlığımıza faydalı olması üçün bu qidanı soyuducuda neçə gün saxlamalıyıq?

Qida mütəxəssislərinin sözlərinə görə, yumurtanın saxlama müddəti məhduddur düzgün saxlanmadıqdauzun müddət sonra istehlak edildikdə qida zəhərlənməsinə yol aça bilər. Bu səbəbdən yumurta alarkən üzərində çatların olub-olmadığına mütləq fikir vermək lazımdır. Yumurtaların bayat ya xarab olub-olmadığını öyrənmək üçün isə duzlu su testi edilə bilər. Əgər yumurta suyun dibinə çökərsə təzə, üzərinə qalxarsa köhnə hesab edilir. Təzəliyinə əmin olduğunuz yumurtaları xarab olmadan təxminən beş həftə soyuducuda saxlamaq olar. Bişmiş yumurtanı 2 gün, çatlamış yumurtanı isə 1 gündən çox saxlamaq olmaz. Qida zəhərlənməsi riskini aradan qaldırmaq üçün bu müddətdən çox qalmış yumurtanı istehlak etmək doğru deyil.

 

 

Beyni cavanlaşdırmaq mümkündür

İsrailin Negev Ben-Qurion Universitetinin alimləri müəyyən ediblər ki, bəzi pəhriz növləri vasitəsilə  arıqlayaraq beynin qocalmasını ləngitmək mümkündür.

Təcrübə zamanı 102 iştirakçının beyni MRT müayinəsi ilə tədqiq edilib. Skanlar sınaq pəhrizi başlamazdan əvvəl  18 ay sonra yenidən çəkilib. İştirakçılar üç pəhrizdən birinə riayət ediblər: qırmızı ət əvəzinə, daha çox qoz-fındıq, balıq toyuq olan Aralıq dənizi pəhrizi, əlavə polifenollar olan pəhriz ya sağlam qidalanmanın ümumi prinsiplərinə əsaslanan pəhriz. Tədqiqat ərəfəsində iştirakçılar orta hesabla təxminən 2,3 kiloqram çəki itiriblər.

Tədqiqatçılar müəyyən bir pəhriz ya sağlamlıq tövsiyələrinə əməl etdikdən sonra itirilən bədən çəkisinin hər 1 faizi üçün iştirakçıların beyinlərinin 9 ay cavanlaşdığını müəyyən ediblər.

Alimlərin sözlərinə görə, beyin sağlamlığı emal olunmuş qidalar, şirniyyatlar içkilərdən uzaq durmaqdan asılıdır. Beyindəki struktur dəyişikliklərinin əslində, onun fəaliyyətinin yaxşılaşmasına səbəb olub-olmadığı hələ məlum deyil.

Onu da qeyd edək ki, son tədqiqatlar xüsusilə Aralıq dənizi pəhrizinin yaşlıların yaddaşına müsbət təsir etdiyini göstərib.

 

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".