ELMİ-PRAKTİK KONFRANS
Region

ELMİ-PRAKTİK KONFRANS

Heydər Əliyev ili” çərçivəsində, Goranboy rayon İcra Hakimiyyəti, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  və YAP  rayon təşkilatının birgə təşkilatçılığı ilə  “Heydər Əliyev:  nə qədərki Azərbaycan var, mən də varam“ adlı elmi-praktik konfrans keçirilib. Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev

Və digər təşkilatların rəsmiləri iştirak ediblər. Tədbir iştirakçıları öncə, ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini və Goranboy şəhəri Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət ediblər.

Konfransdan əvvəl, ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. sonra mənalı ömür yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib. Çıxışında Goranboy İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və digər natiqlər bildiriblər ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur. Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Böyük siyasi iradəyə və sarsılmaz əqidəyə malik olan Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz tutduğu doğma xalqının mənafelərini daim uca tutmuş və respublikamızın inkişafı üçün əzmlə, yorulmadan çalışmışdır.

Zabit XƏLİLOV,   

“Respublika”.