İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Güləşçimiz "Poland Open" turnirində birinci olub

Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turniri çərçivəsində keçirilən yarışın 2-ci günündə bir güləşçimiz mübarizə aparıb.

Mariya Stadnik (50 kq) finala qədər

ki görüşlərdə kanadalı Keti Dutçaka, polşalı Amanda Tomçikə və Kanadanın digər təmsilçisi Madison Parksa "tuş"la qalib gəlib. Həlledici görüşdə polşalı güləşçi Anna Lukasyakla qarşılaşan Mariya Stadnik 7:0 hesablı qələbə ilə "Poland Open" turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Avropa birinciliyində iki gümüş medal

Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinin döyüşləri keçirilib.

Yarışda 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçu mübarizə aparıb. Yarımfinal görüşlərində  millimizin iki üzvü rinqə çıxıb. Ardıcıl 3 döyüşünü qələbə ilə başa vuran Elbrus Kərimli (54 kq) yarımfinalda rəqibinə məğlub olaraq bürünc medal qazanıb. İlkanə Əhmədova (+80 kq) da Avropa birinciliyində üçüncü olub.

 

U-16 millimizin uğuru

On altı yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda final oyununa çıxıb.

Yığmamız final görüşündə Kipr seçməsi ilə qarşılaşıb. Rəqibinə 75:78 hesabı ilə məğlub olan millimiz gümüş medala sahib olub.

 

Paraüzgüçülərimiz lisenziya xarakterli dünya çempionatında

İyulun 31-dən avqustun 6-dək Mançesterdə keçiriləcək dünya çempionatında üç idmançımız - üçqat Paralimpiya çempionu Raman Salei, Vəli İsrafilov və Könül Süleymanova mübarizə aparacaqlar.

Çempionatda ilk iki yeri tutacaq idmançılar 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanacaqlar.

 

Cüdoçularımız XVII Avropa Gənclər Olimpiya Festivalında iştirak edirlər

Bu gün Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalında cüdo üzrə komanda yarışları təşkil olunacaq.

Yarışlarda 22 ölkənin idmançıları mübarizə aparacaq. Oğlanların yarışında Ayxan Mirzəzadə, Məhəmməd Musayev (hər ikisi 60 kq), Süleyman Şükürov, Hüseyn Eyvazlı (81 kq), Aslan Kotsoyev, Ramazan Əhmədov (+81 kq), qızların mübarizəsində isə Məryəm Bayramzadə, Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (63 kq) və Kamilla Toholiyeva (+63 kq) güclərini sınayacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".