“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu
Qanun

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69; 2016, № 10, maddə 1600; 2018, № 7 (I kitab), maddə 1396, № 12 (I kitab), maddə 2513; 2019, № 5, maddə 809; 2020, № 4, maddə 384; 2021, № 12, maddə 1297; 2022, № 11, maddə 1227) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 27-ci maddə üzrə:

1.1.1. adına “hazırlanmasının” sözündən sonra “, razılaşdırılmasının, qəbul edilməsinin və dərc edilməsinin” sözləri əlavə edilsin;

1.1.2. 27.1-ci və 27.2-ci maddələrə “hazırlanması” sözündən sonra “, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi” sözləri əlavə edilsin;

1.2. 29-cu maddə üzrə:

1.2.1. 29.2-ci maddədə “Ad və ya rəqəm dəyişiklikləri ilə əlaqədar bir neçə normativ hüquqi aktlara dəyişikliklərin edilməsi və ya bir neçə normativ hüquqi aktın ləğv edilməsi zərurətinin yarandığı” sözləri “Bu Konstitusiya Qanununun 29.3-cü maddəsində nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;

1.2.2. aşağıdakı məzmunda 29.3-cü və 29.4-cü maddələr əlavə edilsin:

“29.3. Aşağıdakı hallarda dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adının (adlarının) göstərilməməsinə yol verilir:

29.3.1. ad və ya rəqəm dəyişiklikləri ilə əlaqədar bir neçə normativ hüquqi aktlara dəyişikliklər edildikdə və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə;

29.3.2. yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə bir neçə normativ hüquqi aktlara dəyişikliklər edildikdə və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə;

29.3.3. yeni normativ hüquqi aktla həmin aktın tənzimləmə predmetinə aid digər normativ hüquqi akt ləğv edildikdə.

29.4. Bu Konstitusiya Qanununun 29.3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda həmin normativ hüquqi aktın adında onun hansı normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olduğu qeyd edilir.”;

1.3. 30.10-cu maddənin birinci cümləsinə “tərkib hissəsi olan,” sözlərindən sonra “yarımbəndin nömrəsini təkrarlamaqla” sözləri əlavə edilsin;

1.4. 30.11-ci maddə üzrə:

1.4.1. ikinci cümlədən “(abzas yarımbəndin mətninin birinci sətrinə münasibətdə)” sözləri çıxarılsın;

1.4.2. üçüncü cümlədə “və ya yarımbəndinə” sözləri “, yarımbəndinə və abzasına” sözləri ilə əvəz edilsin;

1.5. 46-cı maddə üzrə:

1.5.1. 46.2.2-ci maddəyə “rəhbəri” sözündən sonra “(o olmadıqda isə onun vəzifələrini icra edən şəxs)” sözləri əlavə edilsin;

1.5.2. 46.4-cü maddədən “, onun vizalanması isə ən geci 5 gün keçənədək” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Normativ hüquqi aktın layihəsi razılaşdırıldıqdan sonra ən geci 7 gün keçənədək vizalanmalıdır, əks halda layihə vizalanmış hesab olunur.”;

1.6. 48-ci maddə üzrə:

1.6.1. 48.2.1-ci maddədən “(müvafiq layihələr əlavə olunmaqla (olduğu halda)) sözləri çıxarılsın;

1.6.2. aşağıdakı məzmunda 48.2-1-ci maddə əlavə edilsin:

“48.2-1. Normativ hüquqi aktın layihəsinin uyğunluğunun təmini haqqında arayışa aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:

48.2-1.1. qanun və fərman layihələrinin qəbul olunması ilə əlaqədar ləğv, dəyişikliklər edilməli və hazırlanmalı olan digər qanun və fərman layihələrinin olub-olmaması (olduğu halda müvafiq layihələr əlavə olunur);

48.2-1.2. layihənin hansı dövlət orqanları (qurumları) ilə razılaşdırıldığı.”;

1.6.3. 48.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“48.7. Normativ hüquqi aktın layihəsinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir.”;

1.7. 66.5-ci maddədə “olan” sözü “olub-olmamasından asılı olmayaraq hər hansı” sözləri ilə əvəz edilsin;

1.8. 70.3-cü maddəyə “Milli Məclisində” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlət təltifləri,” sözləri əlavə edilsin;

1.9. 75-ci maddə üzrə:

1.9.1. 75.1-ci maddə ləğv edilsin;

1.9.2. 75.2-ci maddədə “olaraq zəruri hallarda” sözləri “normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə” sözləri ilə əvəz edilsin;

1.9.3. 75.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Hər 10 ildən bir Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının mətnində mötərizədə dəyişiklik edilən hüquqi aktın dərc edildiyi, habelə ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək Cild kimi qeyd edilir.”;

1.10. 76-cı maddə üzrə:

1.10.1. 76.3-cü maddə ləğv edilsin;

1.10.2. 76.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Hər 10 ildən bir Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının mətnində mötərizədə ləğv edilən hüquqi aktın dərc edildiyi, ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək Cild kimi qeyd edilir.”;

1.11. 84.4-cü maddənin ikinci cümləsindən “, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi məlumatın yayılması üçün xüsusi razılığa (lisenziyaya) zərurət olduqda, hüquqi məlumatın yayılması üçün belə xüsusi razılığın (lisenziyanın) verilmə nömrəsi və tarixi” sözləri çıxarılsın.

Maddə 2. Keçid müddəalar

2.1. Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının mətnində mötərizədə, dəyişiklik edilən və ya ləğv edilən hüquqi aktın dərc edildiyi, habelə 2024-cü il yanvarın 1-dək olan dövr ərzində ona edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək Cild I kimi qeyd edilir.

2.2. 2025-ci il yanvarın 1-dək normativ hüquqi aktın layihəsinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə, habelə kağız daşıyıcısında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında həyata keçirilir.

Maddə 3. Bu Konstitusiya Qanununun 1.6.3-cü, 1.9.3-cü və 1.10.2-ci maddələri 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 14 iyul 2023-cü il.