Makron BRİKS liderlər zirvəsinə dəvət edilmədi
Dünya xəbərləri

Makron BRİKS liderlər zirvəsinə dəvət edilmədi

Fransa Prezidenti Emmanuel Makron avqustun 22-24-də Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək BRİKS liderlərinin sammitində iştirak edə bilməyəcək.

“Respublika” xəbər verir ki, bu barədə “Hürriyyət” nəşri məlumat yayıb.

Cənubi Afrikanın xarici işlər naziri Naledi Pandor bazar ertəsi mətbuat konfransında Afrika və cənub ölkələrindən 67 liderin BRİKS sammitinə dəvət edildiyini açıqlayıb.

Bildirilib ki, Naledi Pandor Fransa prezidenti Emmanuel Makronun zirvəyə dəvət edilmədiyini də təsdiqləyib.  Sözügedən sammitdə Rusiya prezidenti Vladimir Putin isə  videokonfrans vasitəsilə iştirak edəcək.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Katrin Colonna iyulun sonunda Cənubi Afrikaya səfəri zamanı Makronun BRİKS liderlərinin sammitində iştirak etmək istədiyini vurğulayıb.

Musa Bağırlı,

“Respublika”.