GERÇƏK İMİŞ KOROĞLUNUN DƏLİLƏRİ...
Mədəniyyət

GERÇƏK İMİŞ KOROĞLUNUN DƏLİLƏRİ...

Fərman gəldi, əmr olundu -

"Yurd, irəli!",

daha bizi bezdirmişdi "Vaxt oyunu",

gerçək imiş Koroğlunun Dəliləri,

44 günlük döyüşlərdə gördük bunu!

Dost qınağı ağır olur yad olanın tənəsindən,

qürbətlərdə dəfələrlə üz qızartdıq, "yerə girdik",

rəzil oldu yağı düşmən həmləmizdən,

biz möhtəşəm Zəfər çalan

bu savaşa girməliydik!

Mərmilərin bağırtısı yeri-göyü oynadırdı,

hər əsgərin qəlbindəki bir müqəddəs inad idi,

O son savaş düşmənlərə "Qır qazanı" qaynadırdı,

davadakı köhlənlərin hamısı da -

Qırat idi!

Zəlzələ tək, sel kimiydi coşan Millət tərpənişi,

Vətənimin hər övladı yenilməyən igid, qoçaq,

arada bir Xankəndi var; o da beş-on günün işi: Xankəndinə qayıdacaq!

Bu Zəfərin Sərkərdəsi özü Ali Baş Komandan,

öz hökmü var hər zamanın - Söz sahibi gələsiydi,

İsmi oldu Vətənimin - "Qələbəli Azərbaycan!"

Ordumuzun hər əsgəri bir Koroğlu dəlisiydi!!!

Vahid ƏZİZ,

Xalq şairi.