Daha bir qazimiz sağalaraq Vətənə geri dönüb
Sosial həyat

Daha bir qazimiz sağalaraq Vətənə geri dönüb

İki ilə yaxındır ki, “YAŞAT” Fondu tərəfindən bütün müalicə xərcləri qarşılanan qazimiz Elsevər Ağayev keçirdiyi əməliyyatlar və müalicə prosesindən sonra sağlamlığına qovuşub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Respublika”ya verilən məlumata görə, uğurlu müayinə nəticəsində onun ayağının amputasiya təhlükəsi aradan qalxıb.

Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.