İdman: daim zirvələrdə
İdman

İdman: daim zirvələrdə

Türkiyənin qadın voleybolçuları Avropa çempionu olublar

Türkiyənin qadın voleybolçularından ibarət milli komandası çempion adını qazanıb. Qardaş ölkənin yığması dünya və qitə çempionatları tarixində ilk dəfə qızıl medala sahib olub. Brüsseldə keçirilən 33-cü Avropa çempionatının final mərhələsində Serbiya yığması ilə qarşılaşan komanda 3:2 hesabı ilə qalib olub. İlk setdə Serbiya 27-25 hesabı ilə qalib gəlsə də, ikinci setdə türkiyəli idmançılar (25-21) hesabı 1-1-ə çatdırıb. Üçüncü setdən də serblər qalib ayrılıblar. Türkiyə voleybolçuları dördüncü setdə (25:22) qalib gələrək 2:2 hesabı ilə nəticəni bərabərləşdiriblər. Sonuncu setdə qələbə qazanan (15:13) Türkiyə millisi qalib olub. Türkiyə yığması ardıcıl olaraq Belçika, Polşa, İtaliya kimi ölkələrin komandalarına qalib gəlib.

 

İdmançımız qızıl medal qazanıb

Türkiyənin Mersin şəhərində keçirilən "Challenge" seriyasına aid Dünya Kuboku yarışında Azərbaycanın idman gimnastı Nikita Simonov qızıl medal qazanıb. O, halqalar ilə hərəkətlərin icrasında bütün rəqiblərini qabaqlaraq birinci olub.

 

Gimnastımız beynəlxalq turnirdə üçüncü yeri tutub

Rumıniyanın Buxarest şəhərində keçirilən "RoamGym Trophy 2023" beynəlxalq turnirində ölkəmizi idman gimnastı İvan Tixonov təmsil edib. İdmançımız yarışı bürünc medalla başa vurub. O, dəstəli atda hərəkətlərin icrasına görə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

Triatlon üzrə Azərbaycan çempionatına yekun vurulub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə baş tutan triatlon üzrə Azərbaycan çempionatının mükafatlandırma mərasimi keçirilib.

10-13 yaşlı oğlanlarda Nihad Quliyev, qızlarda Zəhra Cavadzadə, 14-17 yaşlı oğlanlarda Əli Rzazadə, qızlarda Radha Şabanova, 18 yaşdan yuxarı kişilərdə Toğrul Məmmədli, qadınlarda Kseniya Voronina ölkə çempionu olublar.

Qadınların komanda yarışında Aysel Səfərova, Svetlana Yevkina, Lalə Əzizova, kişilərdə isə Musa Mikayılzadə, Cəfər Məmmədov və Cəlal Süleymanov birinci yeri tutublar.

Nərgiz İSMAYILOVA,

"Respublika".