“Kəpəz”in ev oyunlarını keçirəcəyi məkan bəlli olub
İdman

“Kəpəz”in ev oyunlarını keçirəcəyi məkan bəlli olub

“Kəpəz” komandasının Gəncə şəhər stadionu söküldükdən sonra ev oyunlarını keçirəcəyi məkan bəlli olub.

"Respublika" klubun mətbuat xidmətindənə istinadən xəbər verir ki,  “sarı-göylər” növbəti turdan etibarən rəqiblərini Tovuz şəhər stadionunda qəbul edəcək.

Gəncədəki arenada söküntü işlərinin yaxın günlərdə başlayacağı bildirilib.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın X turunda Tovuzda çempionatın lideri “Zirə” ilə qarşılaşacaq. Oktyabrın 21-də keçiriləcək oyun saat 15:00-da başlayacaq.