AZƏRBAYCAN DÜNYA MEDIASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDIASINDA

AVROPA İTTIFAQI ŞURASI: AĞDAM-XANKƏNDI MARŞRUTU ILƏ BAĞLI BƏYANAT

"Cənubi Qafqazda gərginliyin azaldılması kontekstində Rusiyanın humanitar yüklərinin Ağdam-Xankəndi marşrutu ilə keçməsi mühüm addımdır. Biz bu addımın həssaslığını başa düşürük və ümid edirik ki, bu, yerli əhaliyə müntəzəm tədarükün bərpasına təkan verəcək".

Bu barədə Avropa İttifaqı Şurasının rəsmi saytında bəyanat yayılıb. Sənəddə qeyd olunub ki, Qarabağ ermənilərinə lazımi məhsulların verilməsini təmin etmək lazımdır. Xüsusilə, payız-qış mövsümü öncəsi humanitar yardımlara çıxışı təmin etmək üçün davamlı və qarşılıqlı məqbul həllər tapmaq vacibdir. Avropa İttifaqı bu səbəbləri əsas gətirərək, bütün tərəfləri həm Laçın, həm də Ağdam marşrutlarından istifadə imkanlarının təmin edilməsində məsuliyyət və çeviklik nümayiş etdirməyə çağırıb.

Qurum cari hadisələrlə bağlı yaxın günlərdə daha konkret addımların atılacağını gözlədiyini də vurğulayıb. Rəsmi sənəddə Bakı və Qarabağ erməniləri arasında onların hüquqları, təhlükəsizliyi ilə bağlı dialoqun, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi üzrə danışıqların davam etdirilməli olduğu vurğulanıb.

"CASPIAN NEWS": RUSIYANIN YARDIM YÜKÜ AĞDAM-XANKƏNDI YOLU ILƏ QARABAĞ BÖLGƏSINƏ ÇATIB

Çərşənbə axşamı Rusiyanın Qırmızı Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün ərzaq və qeyri-ərzaq məhsulları daşıyan yük maşını Xankəndiyə gəlib.

Azərbaycanın Bərdə rayonunda erməniəsilli sakinlərin yükü qəbul etmək istəməməsi səbəbindən çatdırılma iki gün dayandırılıb. Yük maşını Rusiya Qırmızı Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında imzalanmış əməkdaşlıq memorandumunun şərtlərinə əsasən Ağdamdan Xankəndiyə yola düşüb.

"Yük Xankəndiyə çatdı. Ərzaq və qeyri-ərzaq məhsulları anbara boşaldılıb", - çərşənbə axşamı jurnalistlərə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev bildirib.

Məlumata görə, yük 1000 yemək dəsti, 270 yataq dəsti, 200 gigiyena bağlaması, 192 uşaq dəstindən ibarətdir.

"ANADOLU AGENTLIYI": BMT AZƏRBAYCANIN SUVERENLIYINƏ VƏ ƏRAZI BÜTÖVLÜYÜNƏ SADIQLIYINI TƏSDIQLƏYIB

BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi qondarma "seçkilər"lə bağlı sualı cavablandırıb.

Türkiyənin "Anadolu Agentliyi" xəbər verir ki, o, BMT-nin baş katibi Antonio Quterreşin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün səy göstərdiyini bildirib. Dujarrik bunun regional sülh və təhlükəsizlik üçün də faydalı olacağını deyib.

"Biz Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarını xatırlatmaq istəyirik. Hər kəsi onlara tam hörmət etməyə çağırırıq", - Dujarrik bəyan edib.

"PAKISTAN OBSERVER": PAKISTAN VƏ AZƏRBAYCAN IKITƏRƏFLI TICARƏT VƏ ENERJI SEKTORLARINDA ƏMƏKDAŞLIĞI MÜZAKIRƏ EDIBLƏR

Çərşənbə axşamı Pakistan və Azərbaycan müxtəlif sahələrdə, o cümlədən ikitərəfli ticarət, enerji və iqtisadi sektorlar üzrə əməkdaşlığı müzakirə etməklə iki ölkə arasında mövcud əlaqələrin genişləndirilməsinə sadiq olduqlarını bir daha bəyan ediblər.

Bu barədə "Pakistan Observer" xəbər saytı məlumat verib. Planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər naziri Məhəmməd Sami Səid ilə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov arasında keçirilən görüşdə ikitərəfli münasibətlərə diqqət yetirilib. Azərbaycan hökuməti pakistanlı turistlərə üç saat vaxt aparan onlayn viza vasitəsilə rahatlıq yaradır. Planlaşdırma naziri bu jesti yüksək qiymətləndirib və turizm sahəsində əməkdaşlıq imkanlarını araşdırmağa hazır olduğunu bildirib.

"TURKIC WORLD": AZƏRBAYCAN VƏ İSRAIL IQTISADI-TICARƏT ƏLAQƏLƏRININ ŞAXƏLƏNDIRILMƏSI IMKANLARININ MÜZAKIRƏSI

"Turkic World" xəbər saytı Azərbaycan və İsrail arasındakı mövcud iqtisadi əlaqələrin genişlənməsi barədə məlumat yayımlayıb. Məlumatda, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun bununla bağlı şəxsi "X" (Tviter) hesabındakı paylaşımı öz əksini tapıb: "İsrailin Kənd Təsərrüfatı Avi Dixter ilə videokonfrans zamanı biz ticarət-iqtisadi əlaqələrin şaxələndirilməsi üçün mövcud vəziyyəti və gələcək imkanları müzakirə etdik. Biz həmçinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirməklə, kənd təsərrüfatı sektorundakı əməkdaşlıq imkanlarını da araşdırdıq",- deyə Mikayıl Cabbarov bildirib.

Bundan başqa, məlumatda Azərbaycan və İsrail arasında 11 sentyabr tarixində kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında niyyət Bəyannaməsi, o cümlədən 2023-2025-ci illər üçün kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair yol xəritəsinin imzalandığı da qeyd edilib. Həmin Bəyannamədə bu sahələrdə əməkdaşlığı inkişaf etdirilməsi, sözügedən sahədə fəaliyyətin səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur.

"AKIPRESS": QIRĞIZISTAN AZƏRBAYCANIN SUVERENLIYINI VƏ ƏRAZI BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏDIYINI BILDIRIR

Qırğızıstan Xarici İşlər Nazirliyinin sentyabrın 12-də yaydığı bəyanatda deyilir ki, Qırğızıstan Qarabağda baş verən hadisələrlə əlaqədar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Bu barədə "AKIpress" saytı məlumat yayıb.

"Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını qətiyyətlə müdafiə edən Qırğızıstan Respublikası bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik vasitələrlə həllinə çağırır", - bəyanatda deyilir.

"THE SUN DAILY": SƏFIR HESAB EDIR KI, QƏRƏZLI BƏYANATLAR AZƏRBAYCAN-ERMƏNISTAN GƏRGINLIYINI AZALTMAĞA KÖMƏK ETMIR

Malayziya mətbuatı xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Ermənistanla davam edən münaqişədə bəzi dövlətlərin və beynəlxalq tərəfdaşların Azərbaycana qarşı qərəzli bəyanatları