Fransa müstəmləkəçiliyinə qarşı dinc aksiya
Diaspora

Fransa müstəmləkəçiliyinə qarşı dinc aksiya

Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən Cenevrədə təşkil olunan "Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik" mövzusunda beynəlxalq konfransının iştirakçıları BMT-nin bu şəhərdəki ofisi dinc aksiya keçiriblər.

AZƏRTAC xəbər verir ki, aksiyanın Fransanın keçmiş və indiki müstəmləkələrindən olan iştirakçıları beynəlxalq ictimaiyyətin diqqətini rəsmi Parisin Fransanın müstəmləkə siyasətinə cəlb ediblər.

Etirazçılar əllərində "Pıçıldayan dəyişiklik: müstəmləkəyə qon qoyun, humanist olun, sülhü təmin edin!", "Sükutla tələb edirik: Hüquqlar, Sülh və Təhlükəsizlik naminə müstəmləkəyə son!", "Səssiz səslər, gurultulu dəyişiklik: Sülh və hüquqlar naminə müstəmləkəyə son!", "Dekolonizasiya, sülh və insan ləyaqəti uğrunda səssiz yürüş!", "Ədaləti pıçıldayaraq, Sülh qışqıraraq: Hamı üçün müstəmləkəyə son qoyaq!", "Hər kəsin azadlıqda yaşamaq hüququ var, niyə də bizim də olmasın?!" yazılmış plakatlarla BMT binasının qarşısına toplaşıblar. Onlar beynəlxalq ictimaiyyəti onları dəstəkləməyə çağırıb, müstəmləkə ölkələrini kolonializmə son qoymağa səsləyiblər.

Onlar Fransa müstəmləkəçiliyinə son qoymaq uğrunda apardıqları mübarizələrini qətiyyətlə sona qədər davam etdirəcəklərini bildiriblər.