İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya
Məktublar

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Hörmətli cənab Prezident,

İtaliya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi Ciorcio Napolitanonun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Ciorcio Napolitanonun Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 sentyabr 2023-cü il.