Gəncə – kitab təqdimatı
Sosial həyat

Gəncə – kitab təqdimatı

Gəncə Dövlət Filarmoniyasında keçirilən, Azərbaycan Prezidenti İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı kitabın təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, GDU-nun rektoru, professor Yusif Yusibov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Şəhər rəhbəri Niyazi Bayramov bildirib ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, praqmatik dövlət başçısı cənab İlham Əliyev Gəncə və gəncəlilərə daim diqqət və qayğı ilə yanaşır. Gəncə şəhərində Prezident İlham Əliyevin sərəncamları əsasında böyük infrastruktur layihələr icra olunur ki, bunlar da şəhərin sosial-iqtisadi  inkişafına və insanların yaşayış tərzinin yüksəldilməsinə köməklik göstərir. Kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verən akademik Fuad Əliyev qeyd edib ki, “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı kitabının yaranma səbəbi ölkə Prezidentinin 20 il ərzində Gəncə şəhərində sənaye, elm, təhsil, mədəniyyət, səhiyyə sahələrində, milli-mənəvi dəyərlərin bərpa olunması ilə bağlı verdiyi qərarlar, sərəncamlar və fərmanların hər birinin kitabda toplanaraq gələcək nəsillərə çatdırılmasıdır. YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, Azərbaycan xalqını bəlalardan xilas edən, bütün dünyaya öz gücünü, müdrikliyini bəyan edən və 44 günlük Zəfər qələbəsini tarixə qızıl hərflərlə yazan Prezidentimizin yanında olmaq hər birimiz üçün şərəfdir. Sonda, “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı kitab tədbir iştriakçılarına təqdim olunub.

Qeyd edək ki, kitab Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AMEA Gəncə Bölməsi tərəfindən nəşr edilib.

Zabit XƏLİLOV,

“Respublika”.