Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən
Məktublar

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Sizi və bütün Azərbaycan xalqını böyük Zəfər bayramı münasibətilə təbrik edirəm. Bu Qələbə bütün Azərbaycan xalqını - yaşından, təhsilindən, karyera mövqeyindən, yaşayış yerindən, dini etiqadından asılı olmayaraq, hər bir azərbaycanlını sevindirir və qəlbini fərəhlə doldurur.

Qələbə asan qazanılmayıb. Biz Birinci və İkinci Qarabağ müharibələrində şəhidlər vermişik, qəhrəmanlarımızın xatirəsi unudulmayacaq, rəşadətləri isə tərənnüm ediləcək. Mən onların məzarları, onların anaları, ataları, həyat yoldaşları, övladları qarşısında baş əyirəm!

Rəşadətli Ordumuz cəsarət möcüzəsi, hərbi ustalıq və şücaət nümayiş etdirib. Eşq olsun Azərbaycan Ordusuna!

Cənab Prezident, böyük Qələbəmizin qazanılmasında Sizin çox mühüm rolunuzu xüsusi qeyd etməliyik. Çoxəsrlik bəşər tarixi boyu dövlət rəhbəri üçün formalaşmış qiymətləndirmə meyarları vardır. Bu, dövlətin suverenliyini və sərhədlərinin təhlükəsizliyini mühafizə etmək, millətin sağlamlığı, demoqrafik və ekoloji sabitlik, siyasi və iqtisadi müstəqillik, mənəvi dəyərlərin və xalqın kimliyinin qorunub saxlanılmasıdır. Siz bunların hamısına tam şəkildə nail olmusunuz.

İrəlidə böyük işlər var. Yeni tarixi reallıqlar fonunda Sizə və bütün Azərbaycan xalqına qarşıda duran məqsəd və vəzifələrin həyata keçirilməsini və yeni-yeni qələbələr arzulayıram.

Sizi bir daha Zəfər bayramı münasibətilə təbrik edirəm.

Eşq olsun Azərbaycana!

Dərin hörmətlə Sizin,

Məmməd ƏLİYEV,

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, "Dostluq", "Şöhrət" ordenləri, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilmiş, Rusiya Federasiyasının dövlət mükafatı laureatı, Rusiya Hökumətinin mükafatı laureatı, Rusiyanın Əməkdar elm xadimi.