Yen Andersson: Növbəti mövsümün əvvəlində
İdman

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

"Neftçi" kimi böyük klubların təlim-məşq bazasına bu qədər maliyyə ayırması cəsarət tələb edir".

"Respublika" xəbər verir ki, bu sözləri "Neftçi"nin idman direktoru Yens Andersson onun üçün təşkil olunan mətbuat konfransında deyib.

O, əsas məqsədlərinin bazanın ilk üç mərtəbəsini hazır etmək olduqlarını bildirib: "Gələn mövsümün əvvəlində komanda yeni bazaya köçəcək. Bunun üçün müəyyən vaxt lazımdır. Çalışırıq ki, daha tez zamanda həll olunsun və futbolçular oyunlardan əvvəl rahat istirahət edə bilsinlər. Bizim edəcəyimiz yatırım gələcək adınadır".