Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən
Məktublar

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin müdrikliyiniz, qətiyyətiniz, xarakterinizin möhkəmliyi əsl xalq liderinin parlaq xüsusiyyətləridir. Sizin ədalət və Vətənə fədakar xidmət ideallarınız respublika vətəndaşlarını yeni nailiyyətlərə ruhlandırır.

Hörmətli İlham Heydər oğlu, Sizin səmərəli rəhbərliyiniz sayəsində ölkə durmadan inkişaf edir, iri investisiya və infrastruktur layihələri reallaşdırılır, Azərbaycan əhalisinin həyat keyfiyyəti yüksəlir, dövlətin beynəlxalq arenada rolu güclənir.

Sizə möhkəm cansağlığı, tükənməz enerji və uzun ömür arzulayıram. Azərbaycanın rifahı və tərəqqisi üçün yorulmaz fəaliyyətiniz həmvətənləriniz tərəfindən həmişə layiqincə dəyərləndirilir və dəyərləndiriləcək.

Hörmətlə,

Mixail QUTSERİYEV,

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti.