Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevdən
Məktublar

Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevdən

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Qoy Sizə xas olan möhkəm iradə, təcrübə, liderlik keyfiyyətləri, həmkarlarınızın hörməti, həmyerliləriniz arasında nüfuzunuz gələcəkdə də Azərbaycanın iqtisadi və sosial inkişafına xidmət etsin!

Rostov vilayəti əməkdaşlığı, respublikanızla və onun regionları ilə yaranmış dostluq münasibətlərini yüksək qiymətləndirir.

Sizə cansağlığı, əmin-amanlıq və uğurlar arzulayıram.

Hörmətlə,

Vasili QOLUBEV,

Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru.