Rusiyanın Arxangelsk vilayətinin Azərbaycan diasporu regional ictimai təşkilatının idarə heyətinin sədri Tərlan Qasımovdan
Məktublar

Rusiyanın Arxangelsk vilayətinin Azərbaycan diasporu regional ictimai təşkilatının idarə heyətinin sədri Tərlan Qasımovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Arxangelsk vilayətinin Azərbaycan diasporu regional ictimai təşkilatı adından təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan dinamik inkişaf nümayiş etdirir, ölkədə iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanılmışdır. Respublika daxilindəki millətlərarası və dinlərarası həmrəylik digər dövlətlər üçün nümunədir. Azərbaycanın inkişafı, dünya miqyasında nüfuzunun artması, mövqeyinin möhkəmlənməsi istiqamətində gördüyünüz işlərə, həmçinin Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarına və ölkələrimiz arasında münasibətlərin inkişafına göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümüzü bildiririk. Sizə ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edirik.

Biz, Arxangelsk vilayətində yaşayan azərbaycanlılar qarşıdan gələn prezident seçkilərində Sizi dəstəkləyəcəyik. Hər zaman Sizinləyik, cənab Prezident.

Əminik ki, Sizin peşəkarlığınız, məqsədyönlülüyünüz və qətiyyətiniz gələcəkdə də Azərbaycan Respublikasının inkişaf etməsinə, qüdrətlənməsinə, nüfuzunun durmadan yüksəlməsinə kömək olacaq.

Hörmətlə,

Tərlan QASIMOV,

Rusiyanın Arxangelsk vilayətinin Azərbaycan

diasporu regional ictimai təşkilatının idarə

heyətinin sədri.