Elan
Reklam və elanlar

Elan

Prezidentliyə qeydə alınmış namizədlərin seçki qərargahlarının nəzərinə!

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqatın aparılması məqsədilə “Respublika” qəzeti ödənişsiz əsaslarla təşviqat materiallarının dərci üçün yer ayırır.

Namizədlərin təşviqat materiallarının səhifələrdə yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmək üçün yanvarın 15-də saat 12:00-da “Respublika” qəzetinin redaksiyasında (Bakı, Mətbuat prospekti, 529-cu məhəllə, 7-ci mərtəbə) püşkatma keçiriləcəkdir. Qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin püşkatmada iştirakı vacibdir.

Əlaqə telefonu: (012) 493-59-08, 538-61-02.

“Respublika”.