Tender Elanı
Reklam və elanlar

Tender Elanı

Hörmətli xanımlar və cənablar!

Sizi "LUKOIL-Azərbaycan" QSC-nin obyektlərində mövcud olan yeraltı yanacaq çənlərin təmizlənməsi işlərinin aparılması üçün açıq ikimərhələli tenderə dəvət edirik.

Tender haqqında ümumi məlumat:

Sifarişçi: "LUKOIL-Azərbaycan" QSC; ünvan: Səbail rayonu, Z.Tağıyev küç. 13.

Tender üzrə əlaqəli şəxs: Lalə Mikayılova.

Əlaqə telefonu: +99412-4974138, e-mail: [email protected]

Xidmətlərin başlama və bitmə tarixi: Müqavilənin imzalandığı tarixdən 30 (otuz) təqvim qünü ərzində.

Tenderdə iştirak etmək üçün ərizələr 19 fevral 2024-cü il saat 18.00 tarixinədək yuxarıda qeyd olunan ünvana təqdim edilməlidir.

 Tender təklifləri 19 fevral 2024-cü il saat 18.00 tarixinədək təqdim edilməlidir.

 Tenderin birinci mərhələsi 21 fevral 2024-cü il tarixində saat 11.00-da yuxarıda qeyd olunan ünvanda keçiriləcək.

 Tenderin ikinci mərhələsi 23 fevral 2024-cü il tarixində saat 11.00-da yuxarıda qeyd olunan ünvanda keçiriləcək.

 Tenderdə iştirak üçün ərizə forması, habelə tender haqqında tam məlumatları yuxarıda qeyd olunan telefon və elektron ünvanı vasitəsilə əldə edə bilərsiz.

Tender təkliflərinin qüvvədə olma müddəti 90 təqvim günündən az olmamalıdır. Tenderdə iştirak etmək üçün "ərizə və iddiaçının sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğu üzrə ixtisas sorğusunun formalarını", habelə digər məlumatları telefon və elektron poçt ünvanından əldə etmək olar.

Baş direktor Z.C.Cəlilov