Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən
Məktublar

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi 2024-cü il fevralın 8-də Azərbaycanda keçirilən prezident seçkilərində parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz müstəqil Azərbaycan Respublikasının tarixinə yeni səhifə yazaraq ölkəmizin bütün ərazisində keçirilən seçkilərdə ilk Prezidenti oldunuz. Torpaqlarımızın azad olunması, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa edilməsi məhz Sizin rəhbərliyinizlə həyata keçdi və bütün bunlar Sizin adınızla bağlıdır. Sizin rəhbərliyinizlə müasir ordu quruldu, ölkəmizin iqtisadiyyatı bölgədə aparıcı iqtisadiyyata çevrildi və Azərbaycan lider dövlətlər sırasına daxil oldu.

Bu qələbəni Siz qalib Prezident kimi qazandınız. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan yeni uğurlara nail olacaq, dərin tarixi və zəngin mədəniyyəti olan ölkəmizin dünyada nüfuzu daha da artacaqdır.

Möhtərəm cənab Prezident, Sizi bir daha parlaq qələbə münasibətilə təbrik edir, möhkəm cansağlığı və ölkəmizi yüksək zirvələrə aparan yolda böyük uğurlar arzulayıram.

Dərin hörmətlə,

Asəf HACIYEV,

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının

Parlament Məclisinin Baş katibi.