BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevadan
Məktublar

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və vəzifənizi icra etməyə başlamağınız münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi adından səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bu fürsətdən istifadə edərək BMT-nin Azərbaycandakı nümayəndəliyinin 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinə uyğun olaraq Azərbaycanın dayanıqlı inkişafla bağlı milli prioritetlərini dəstəkləməyə davamlı sadiqliyini bildirirəm. Biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsində Azərbaycana dəstəyimizi təklif edirik.

Azərbaycan Respublikası hökuməti və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında tərəfdaşlıq və əməkdaşlığın bundan sonra da davam edəcəyinə inanıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Səmimiyyətlə,

Vladanka ANDREYEVNA,

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi.