Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokdan
Məktublar

Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident İlham Əliyev.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm və neçə-neçə belə gözəl günlər qeyd etməyinizi arzulayıram.

1997-ci ilin yayında atanızla Nyu-Yorka səfəriniz zamanı Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı çərçivəsində Sizinlə qısa da olsa görüşdük. Nyu-Yorkdakı görüşümüzdən cəmi bir neçə ay əvvəl - 1997-ci il mayın 23-də isə mən Ümummilli Lider Heydər Əliyevlə Bakıda görüşmüşdüm. Atanız Azərbaycanın möhtəşəm mədəniyyəti ilə bağlı fikirlərini bölüşmək üçün məni iş otağına dəvət etdi. Ümummilli Lider öyrənmişdi ki, mən Bakıda yenicə təmir edilmiş Opera və Balet Teatrının açılışında çıxış etmək üçün gəlmişəm və mən ömrünü Azərbaycanın musiqi mədəniyyətinin öyrənilməsinə və təbliğinə həsr etmiş azsaylı qeyri-azərbaycanlılardanam. Mən 1973-cü ildən kamança və tarda ifa edirəm və bu son 50 il ərzində ABŞ, Kanada, Böyük Britaniya, Avropada, İsraildə və təbii ki, Azərbaycanın ən yaxşı məkanlarında çoxsaylı konsertlərim olub.

Fürsətdən istifadə edərək ölkənizin suverenliyinin tam bərpası münasibətilə Sizi təbrik edirəm. Şuşanın işğaldan azad olunduğunu eşitdiyim gün həyatımın ən xoşbəxt günlərindən biri idi. 2022-ci ilin iyul ayında Azərbaycan və onun musiqi mədəniyyəti, dünyada bənzəri olmayan və daha çox tanınmağa layiq olan Azərbaycan xalqı haqqında yeni sənədli film çəkmək məqsədilə bu gözəl şəhərə səfər etdim.

Ümidvaram ki, nə vaxtsa biz görüşəcəyik və nailiyyətləriniz münasibətilə Sizi şəxsən təbrik edəcəyəm. Azərbaycanın ənənəvi mədəniyyəti, incəsənətinin təbliği və dəstəklənməsi istiqamətində gördüyü böyük işlərə görə şəxsən birinci xanım və Birinci vitse-prezident Mehriban Əliyevanı da təbrik etmək istəyirəm. Bəlkə də birinci xanım 2006-cı ildə Vaşinqtonda səfərdə olarkən mənim kimi Azərbaycan mədəniyyətinin pərəstişkarı olan qeyri-azərbaycanlı şəxslərin təqdimat mərasimində tanış olduğumuzu xatırlayır.

Hər ikinizə xoş arzularla,

Cefri VERBOK,

Amerika Muğam Cəmiyyətinin prezidenti.