“Yaşıl dünya naminə həmrəylik ili”
Region

“Yaşıl dünya naminə həmrəylik ili”

Goranboy

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməkdədir. Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Goranboy şəhərində də bu məsələlər daimi diqqətdədir. Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy şəhəri ərazisində, “Yaşıl dünya naminə həmrəylik  ili” ilə bağlı ağacəkmə aksiyası keçirilib. Aksiyada rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid ailələri və qazilər, rayonun xidmət sahələrinin bir qrup əməkdaşları və ictimai fəallar iştirak ediblər. Havanın soyuq olmasına baxmayaraq, ağacəkmə kampaniyasında ümummilli liderin müdrik ideyalarına daim sədaqətli olan qazilər və ictimai fəallar xüsusi ilə fərqləniblər.

“Respublika”.