Ermənipərəst
Siyasət

Ermənipərəst "muzdlu jurnalist"in qəsdən reallıqları təhrif etməsi Rusiya-Azərbaycan münasibətlərini zədələməyə hesablanıb

Bəzi qüvvələr Moskvadakı "Crocus City Hall"da baş vermiş dəhşətli terror aktını öz maraqları üçün istifadə etməyə can atır. Erməni maşası Vladimir Solovyov da onlardan biridir. Belə ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə Solovyovun erməni lobbisinin təsiri altında olması aydın şəkildə özünü göstərməyə başladı.

Öz proqramlarında birtərəfli qaydada Ermənistanı müdafiə və Azərbaycanı mənfi formada təqdim edən "muzdlu jurnalist" Vladimir Solovyov Ermənistanın təbliğatçısı olduğunu da gizlətmir. "Crocus City Hall"da dəhşətli terror hadisəsini törədənin soyadının sonluğunda "zadə" ifadəsinin olmasını əsas gətirərək onu azərbaycanlı adlandırıb. Halbuki söhbət fars kökənli "zadə" soyadlı tacik terrorçudan gedir. Ona görə də burada Vladimir Solovyovun qəsdən reallıqları təhrif etməsi, bu və ya digər formada onu Azərbaycan və azərbaycanlılarla bağlamağa cəhd göstərməsi qərəzlidir və Rusiya-Azərbaycan münasibətlərini zədələməyə hesablanıb.

Vladimir Solovyov, Marqarita Simonyan, Aram Qabrilyanov kimiləri hər zaman əllərində olan imkanlardan istifadə etməklə ölkəmizə qarşı çirkin piar kampaniyası aparır. Azərbaycanla Rusiya arasındakı münasibətlərə xələl gətirməyə çalışırlar, çünki ölkələrimiz arasında müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamənin imzalanması onları çox narahat edir. Bu baxımdan, bu gün Bakı ilə Moskva arasında strateji münasibətlərə kölgə salmaq istəyirlər. Onların rəhbərlik etdikləri media qrupları və informasiya proqramları Rusiya xalqının vergi ödənişləri sayəsində ayaqda qalır. Beləliklə, vəzifələrindən və mövqelərindən sui istifadə edir, erməni dəyirmanına su tökməyə təşəbbüs göstərirlər, lakin hər zaman onların bu fəaliyyətləri uğursuz olur və nəticəsiz qalır.                                                                  

İlyas HÜSEYNOV,

politoloq.