Qazaxıstanda daşqınlar zamanı 7 nəfər həyatını itirib
Dünya xəbərləri

Qazaxıstanda daşqınlar zamanı 7 nəfər həyatını itirib

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

"Respublika" xəbər verir ki, bu barədə Qazaxıstan KİV ölkənin daxili işlər nazirinin birinci müavini Marat Kojayevə istinadən məlumat yayıb.

Məlumata görə, Atırau vilayətində dörd nəfər, Türküstan vilayətində isə bir uşaq batıb.

Bundan başqa, aprelin əvvəlində Ayaqoz rayonunda iki nəfər çayın apardığı traktorda boğularaq ölüb.