Misir və Türkiyə arasında hərbi sənaye sahəsində əməkdaşlıq müzakirə edilib
Dünya xəbərləri

Misir və Türkiyə arasında hərbi sənaye sahəsində əməkdaşlıq müzakirə edilib

Misir və Türkiyə hərbi sənaye sahəsində əməkdaşlığı müzakirə ediblər.

"Respublika" xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" məlumat yayıb.

Bildirilib ki, Misirin hərbi istehsal üzrə dövlət naziri Mohamed Salah El-Din Mostafa Türkiyənin Qahirədəki müvəqqəti işlər vəkili Salih Mutlu Şən ilə görüşüb. İki tərəf arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib.

Bu ayın əvvəlində Qahirə və Ankara normal diplomatik münasibətləri bərpa etmək üçün son on ildə ilk dəfə olaraq bir-birinin paytaxtlarına səfirlər təyin ediblər. Misir Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Əmr Elhamamin Misirin Ankaradakı səfiri olub.

Türkiyə isə Qahirədəki səfir vəzifəsinə Salih Mutlu Senin namizədliyini irəli sürüb.

Nəzrin ELDARQIZI,

"Respublika".