Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
Mədəniyyət

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

Aprelin 23-dən 26-dək Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək.

Mədəniyyət Nazirliyindən "Respublika"ya bildirilib ki, tədbir dost və qardaş qırğız xalqının zəngin mədəni irsinin Azərbaycanda təbliği baxımından əhəmiyyətli hadisədir.

Zəngin proqramı olan mədəniyyət günləri çərçivəsində Qırğızıstan incəsənət ustalarının qala-konserti, qırğız kinosu günləri, ölkənin dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələrinin nümayişi planlaşdırılır.