Heydər Əliyev Mərkəzinə İstanbuldan nadir eksponatlar gətirilir
Mədəniyyət

Heydər Əliyev Mərkəzinə İstanbuldan nadir eksponatlar gətirilir

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində açılacaq “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisində nümayiş olunacaq eksponatlar Mərkəzə gətirilir.

"Respublika" xəbər verir ki, İstanbuldakı Hərb Muzeyində (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı) saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi eksponatlar ilk dəfə Azərbaycanda təqdim ediləcək.

2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumat və eksponatları izləmək mümkün olacaq.

Bu sərgi üçün hazırlanan və Ağqoyunlu dövləti dövrünə aid miniatürlərin əks olunduğu xalçalar, eləcə də Uzun Həsənin obrazını əks etdirən çini heykəlçiklər də hazırlanır.

Ziyarətçilər bütün bu suvenirləri sərginin davam etdiyi müddətdə Heydər Əliyev Mərkəzindən əldə edə biləcəklər.