On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
Gündəm

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Aprelin 27-də IX və X sinif şagirdləri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək.

Elm və Təhsil Nazirliyindən "Respublika"-ya bildirilib ki, olimpiadanın ilkin mərhələsində 10 minə yaxın şagird iştirak edəcək.

İlkin mərhələdə şagirdlərə qapalı test formatında 30 sual təqdim ediləcək və onların cavablandırılması üçün 70 dəqiqə vaxt veriləcək. Bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.

Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır.