2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiçdən
Məktublar

2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, əziz dost.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizin fəal işiniz, dövlətin qarşısında duran əsas vəzifələri səmərəli surətdə həll etmək və beynəlxalq məsələlərin həlli yollarını tapmaq bacarığınız Sizə haqlı olaraq bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb.

Sizə dost deyə müraciət edə və ünsiyyət qura bildiyimə görə taleyimə minnətdaram.

Cənab Prezident, icazə verin, Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və firavanlıq arzulayım.

Fürsətdən istifadə edərək Sizə, ailənizə və ölkənizə Yeni illə bağlı ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

Stepan MESİÇ,

2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti.