2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edildi
Digər xəbərlər

2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edildi

2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edilib.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetindən məlumat verilib. Bununla bağlı Nazirlər Kabinetinin 87 №-li Qərarına dair izahda qeyd edilir: "Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası Azərbaycan Respublikasının bağladığı ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq, 2023-2025-ci illər üçün sosial-iqtisadi əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini birgə fəaliyyətini müəyyən edən Baş Kollektiv Saziş bağlayırlar.

Tərəflər hesab edirlər ki, Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar nəticəsində sosialyönlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, yeni yerlərinin açılmasına, gəlirlərin artırılmasına vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi siyasətdir bu hədəflərin reallaşdırılması Sazişin prioritet məqsədlərini təşkil edir.

Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir sahə (tarif) sazişlərinin işlənilməsi bağlanılması üçün əsas təşkil edir.

Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını Sazişlə müəyyən edilən öhdəlik sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər".