2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 72-ci və 186-cı maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində aşağıdakı şəxslər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

- Astanov Vaqif Polad oğlu;

- Babayev İqbal Əziz oğlu;

- Zeynalov Mahir Həmzə oğlu;

- Həzquluyev Əli Səvindik oğlu;

- Səfərov Allahverdi Əli oğlu;

- Muxtarov Zamin Zabit oğlu;

- Əzizova Nərmin Ziya qızı;

- Cəbrayılov Bayram Zakir oğlu;

- Orduxanov Qədir Orduxan oğlu;

- Şahratov Dədəbək Özibək oğlu;

- İsayev Nəsimi Vələd oğlu;

- Məmmədov Zöhrab Seyidağa oğlu;

- Almuradov Rasim Allahverdi oğlu;

- Qocayev Nurəddin Səyyad oğlu;

- Şahbazov Elçin Fazil oğlu;

- Abışov Vaqif Şirin oğlu;

- Qasımov Azər Məhərrəm oğlu;

- Bayramov Akif Əlif oğlu;

- İsmayılov Faiq İslam oğlu;

- Abbasov Elçin Sabir oğlu.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr       Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov