ABŞ və Çin ticarətlə bağlı yeni dialoqa hazırdır
İqtisadiyyat

ABŞ və Çin ticarətlə bağlı yeni dialoqa hazırdır

ABŞ-ın ticarət naziri Gina Raimondo Pekində ikinci gün Çin liderləri ilə görüşərkən ABŞ və Çin rəsmiləri müsbət iqtisadi əlaqələrə ümid etdiklərini bildiriblər.

"Respublika" xəbər verir ki, bu barədə  Çinin Baş naziri Li Qiang Raimondo-ya deyib ki, sağlam iqtisadi əlaqələr və ticarət əməkdaşlığı təkcə ölkələrimiz üçün deyil, bütün dünyaya faydalı olacaq.

Raimondo bildirib ki, Birləşmiş Ştatlar Çin ilə ticari əlaqələrini qoruyub saxlamağa çalışır və ümid edir ki, bu əlaqələr ümumi əlaqələr üçün sabitlik təmin edə bilər.

Raimondo iqlim dəyişikliyi və fentanil asılılığı kimi qlobal narahatlıqları da vurğulayaraq, ABŞ-ın bütün bəşəriyyət üçün doğru olanı etmək üçün iki qlobal güc kimi Çinlə birgə fəaliyyət göstərmək istədiyini söylədi.

Dünya bu problemləri həll etmək üçün birlikdə addım atmağımızı gözləyir dedi.

Qeyd edək ki, Raimondo çərşənbə axşamı Çin Baş nazirinin müavini He Lifeng ilə görüşüb və ABŞ-ın Çindən iqtisadi cəhətdən ayrılmaq istəmədiyini söyləyib