İdmançılarımız beynəlxalq festivalda növbəti nailiyyətə imza atıblar
İdman

İdmançılarımız beynəlxalq festivalda növbəti nailiyyətə imza atıblar

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.

"Respublika" xəbər verir ki, sərbəst güləşdə ölkəmizi təmsil edən Fərid Cabbarov (86 kiloqram) Qazaxıstan təmsilçisi Said Şükürəliyevə 4:0 hesabı ilə qalib gəlib.

Sambo idman növündə mübarizə aparan Nihat Məmmədli (58 kiloqram) rusiyalı Ali Miaqtiyevlə təsəlliverici görüşdə texniki qalibiyyət qazanıb. İdmançımız bürünc medal uğrunda yarışacaq.

64 kiloqram çəki dərəcəsində yarışan Elvin Bağırov Rusiyanın digər təmsilçisi Nikolay Lukiançuku mübarizədən kənarlaşdırıb - 2:1. Bununla da idmançımız üçüncü yer uğrunda döyüşə vəsiqə qazanıb.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. Yarışda 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.