ADA ilə Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıb
Elm və təhsil

ADA ilə Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıb

Aprelin 23- İtaliyanın Alma Mater Bolonya Universitetinin rektoru Giovanni Molari rəhbər işçilər on iki professor-müəllimdən ibarət nümayəndə heyəti ilə ADA Universitetinə gəlib.

AZƏRTAC xəbər verir ki, ADA Universiteti Bolonya Universiteti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində kənd təsərrüfatı qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıb.

Proqram ixtisaslararası yanaşmanı təşviq edən qida sisteminin idarə olunması, dəqiq davamlı əkin, su-qida əlaqəsi, kənd təsərrüfatı istehsalı/bağçılıq sistemi, heyvandarlıq məhsullarının istehsalı, qida elmi texnologiyası kimi geniş tematik sahələri əhatə edən sektorda "nou-hau" (təcrübəni) artırmaq məqsədi daşıyır.

Sertifikat proqramı üç modulda təqdim olunacaq: ilk modul Bakıda, ikinci modul onlayn formatda, sonuncu modul isə iyul ayında Bolonyada təşkil olunacaq. Proqram tədqiqatçılar, şirkət rəhbərləri dövlət qurumlarının nümayəndələri daxil olmaqla Azərbaycanın aqroərzaq sistemi ilə maraqlanan tərəfləri nümayəndələri bir araya gətirir.

Qonaqları iştirakçıları salamlayan ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, bu tədbir İtaliya-Azərbaycan Universiteti layihəsinin üç ilə yaxın davam edən əsas işlərindən danışıqlardan sonra icra mərhələsinin başlanğıcıdır.

Rektor Giovanni Molari Bolonya Universiteti ilə ADA Universiteti arasında əməkdaşlığın strateji əhəmiyyətini vurğulayaraq bu sertifikat proqramlarının dərəcə proqramları üzrə səmərəli əməkdaşlığa səbəb olacağına əminliyini ifadə edib. O qeyd edib ki, hazırkı sertifikat proqramı həyata keçiriləcək beş proqramdan birincisidir bu, daha ümumi yanaşma ilə xarakterizə olunacaq. Digər proqramlar isə heyvandarlıq məhsullarının istehsalı, qida texnologiyası, bioenerji, dəqiq əkin, torpaq suyun idarə edilməsi kimi spesifik mövzulara diqqət yetirəcək.

Bu gün nümayəndə heyəti, həmçinin elm təhsil naziri Emin Əmrullayev kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşüb.