Təhsilin inkişafı hər zaman prioritetdir
Elm və təhsil

Təhsilin inkişafı hər zaman prioritetdir

2000-ci il iyunun 13- "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərman imzalanıb

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli təhsilin inkişafı onun qabaqcıl dünya dövlətlərinin təhsil sistemlərinə inteqrasiyası ciddi vəzifə kimi qarşıya qoyuldu. Cəmiyyətdə təhsilin rolunu həmişə yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev bu sahədə mövcud problemlərin həllinə böyük diqqət qayğı göstərmiş, məhz dövlət başçısının təşəbbüsü ilə respublikada təhsil sahəsində islahatlara başlanılmışdır. Bu məqsədlə, 1998-ci il martın 30-da dövlət komissiyası yaradılmış, 1999-cu il iyunun 15- "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" təsdiq edilmişdir. Qlobal strateji problemləri nəzərdə tutan proqramda təhsilin məzmununun təkmilləşdirilməsi yeniləşdirilməsi mühüm məsələlərdən biri idi.

İki mərhələdə həyata keçirilən islahat proqramında göstərilən bir sıra istiqamətlərdə müəyyən işlər görüldü, təhsilin məzmunu yeniləşdirildi, yeni proqram dərsliklər hazırlandı, bazis tədris planı əsasında işlənmiş işçi tədris planları tətbiq edilməyə başladı, ayrı-ayrı təhsil sahələri fənlər üzrə standartların hazırlanması istiqamətində aparıldı.

2000-ci il iyunun 13- ölkə Prezidenti Heydər Əliyev "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Həmin fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, onun beynəlxalq standartlara uyğunlaşdırılmasına dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı. Fərmana uyğun olaraq ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırıldı, bir sıra universitetlərə müstəqillik verildi, ölkəmizdə müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Müəllimlər İnstitutu bölgələrdə onun 12 filialı fəaliyyətə başladı. Müəllimlərin təkmilləşdirilməsi, ixtisasının artırılması üzrə dayaq məntəqələri şəbəkəsi təşkil edildi, keyfiyyətə nəzarətin müasir mexanizmlərinin hazırlanması üzrə işçi qrupu müəyyənləşdirildi. Həmin işçi qrupu tərəfindən müasir monitorinq qiymətləndirmə mexanizmi yaradıldı.

Fərmana əsasən mülkiyyət formasından tabeliyindən asılı olmayaraq, təhsilin keyfiyyətinə nəzarət səlahiyyəti Təhsil Nazirliyinə verildikdən Nazirlər Kabineti tərəfindən "Ali orta ixtisas təhsili müəssisələrinin attestasiyası akkreditasiyası haqqında əsasnamə" təsdiq edildikdən sonra qısa müddətdə təhsilin keyfiyyətinə nəzarət formalaşdı.

Təhsil Nazirliyi Dünya Bankı ilə birgə Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində "Müəllim hazırlığı" alt komponenti üzrə "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil müəllim hazırlığının konsepsiya strategiyası" ibtidai sinif müəllimi hazırlığını təmin edən məzmunca tamamilə yeni kurikulum hazırlandı həmin sənədlər təsdiq olundu. Eyni zamanda, "Təhsilin əsasları" fənninin dərsliyi tərtib edildi. İbtidai sinif müəllimi hazırlığı üzrə kurikulumun 3 pilot ali məktəbdə (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti) tətbiqinə başlanıldı.

Respublikada yeni tipli orta ixtisas təhsili müəssisələrinin - kolleclərin yaradılması sahəsində mühüm addımlar atıldı. Belə ki, bir sıra texnikumların birləşdirilməsi nəticəsində onların maddi-texniki bazası, pedaqoji kadr potensialı bu sahədə olan beynəlxalq təcrübə nəzərə alınmaqla yeni tipli orta ixtisas təhsil müəssisələri - kolleclər təşkil edildi. Ölkəmizdə müvafiq təhsil müəssisələrinin sayı artırıldı. Eyni zamanda, təhsil komplekslərinin yaradılması sahəsində 2000-ci ildən başlayaraq müəyyən işlər görüldü. Belə ki, fərmana əsasən Milli Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Milli Konservatoriyanın nəzdində isə Musiqi Kolleci təşkil edildi. Bu işlərin davamı olaraq 2004- ildə isə Azərbaycan Memarlıq İnşaat Universitetinin nəzdində İnşaat Kolleci yaradıldı.

Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan, həyata keçirilən tədbirlər arasında Bolonya prosesi önəmli yer tutur. Azərbaycan da 2005-ci ildə Bolonya prosesinə qoşulub bununla da ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilib. 2006-2010-cu illəri əhatə edən tədbirlər planına uyğun olaraq "Bakalavr hazırlığının məzmununa səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu" təsdiq edilib müvafiq istiqamətlər üzrə yeni nəsil dövlət təhsil standartları hazırlanıb.

Müasir təhsil sistemini keçmiş təhsil sistemindən fərqləndirən cəhət onun milli xarakter daşımasıdır. Millilik, ilk növbədə, ölkənin inkişaf perspektivlərinə, xalqımızın mənəvi dəyərlərinə, mentalitetinə, zəngin tarixi ənənələrinə, demokratiyaya, humanizm prinsiplərinə əsaslanır.

Beləliklə, deyə bilərik ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində uğurlar əldə edilmişdir. Bu uğurların, pozitiv dəyişikliklərin ilhamverici qüvvəsi məhz ulu öndər Heydər Əliyev idi. Prezident İlham Əliyev təhsilin inkişafına böyük əhəmiyyət verərək demişdir: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir".

Zümrüd QURBANQIZI,

"Respublika".