AHİK daha 5350 ailəyə bayram sovqatı göndərib
Sosial həyat

AHİK daha 5350 ailəyə bayram sovqatı göndərib

İyunun 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə Respublikanın rayonlarında yaşayan 4100 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla sovqatı göndərib.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1250 ailəyə də ərzaq verilib. AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, ölkəmizdə müxtəlif sosial layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, vətəndaşlarımıza qayğı göstərirlər. Şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur. Azərbaycan həmkarlar ittifaqları da bu cür sosial layihələrin əsas iştirakçılarındandır.

“Respublika”.