Aİ-nin xarici işlər nazirləri Türkiyəni müzakirə edəcək
Türk dünyası

Aİ-nin xarici işlər nazirləri Türkiyəni müzakirə edəcək

Avropa İttıfaqına daxil olan ölkələrin xarici işlər nazirləri Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, Çin və Türkiyə haqqında məsələləri müzakirə etmək üçün bir araya gəlib.

“Respublika”, “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, Aİ-nin xarici işlər nazirlərinin Brüsseldəki görüşündə Türkiyə ilə münasibətlər üzrə ötən ay planlaşdırılan, lakin təxirə salınmış sessiya keçiriləcək. Nazirlər nahar zamanı Türkiyəni müzakirə edəcəklər. 

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken də Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə videokonfransla iştirak edəcək. Ehtimala görə, Blinkenin toplantıya qatıldığı bölümdə Türkiyə məsələsi də gündəmə gələcək.

Musa Bağırlı,

“Respublika”.