Aksiya 119 gündür vətənpərvərlik ruhunda davam edir
Digər xəbərlər

Aksiya 119 gündür vətənpərvərlik ruhunda davam edir

Ötən il dekabrın 12-dən başlayan Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunda ekofəallar QHT təmsilçilərinin haqlı mübarizəsi 119 gündür ki, davam edir.

Aksiyaçılar öz haqlı tələbləri yerinə yetənə kimi mübarizələrinə davam edəcəklər. Qarabağ torpaqlarında artıq bahardır. Aksiyaçılar qar-boran demədən mübarizlik göstərərək geri çəkilmədilər əzm, iradə nümayiş etdirdilər. Onların tələbləri məlumdur. Ekofəallar müxtəlif dillərdə şüarlar səsləndirərək dünya birliyini ekoloji terrora son qoymağa, bu cür haqsızlıqlara qarşı mübarizə aparmağa, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd gömrük nəzarəti postlarının yaradılmasına, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısını almağa çağırırlar. Erməni vandalizmi nəticəsində qədim torpağımız olan Qarabağ darmadağın edilmiş, tarixi abidələrimiz dağıdılmış, meşələr yandırılmış, çayların qarşısı kəsilmişdir.

Bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən Ali Baş Komandan İlham Əliyev demişdir: "İlk növbədə, o gənclərə "Eşq olsun!" demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər bir daha Azərbaycan gəncinin qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar". Prezident İlham Əliyev qeyd etmişdir ki, bizim haqlı tələblərimiz var bu aksiyanın tarixçəsini indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz tam ədalətlidir.

Səhərlərini Azərbaycanın Dövlət Himni ilə açan ekofəallar vətənpərvərlik ruhunda yazılmış mahnılarla günlərini başa vururlar. Həmçinin onlar gün boyu 3 dildə, Azərbaycan, rus ingilis dillərində şüarlar səsləndirirlər.

İtaliyanın nüfuzlu "il Giornale" qəzeti yazır: "Azərbaycanın Şuşa şəhəri ərazisindən keçən Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəallar, ümumilikdə iki yüzə yaxın insan davamlı olaraq: "Çirkləndirməyə son qoy, təbiəti qoruyaq, gələcəyimizi xilas edək" şüarlarını səsləndirirlər. Məqalədə aksiyanın kökündə Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismarı, eləcə 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatdan sonra Ermənistanın bu yoldan piyadaəleyhinə minaların, silah-sursatın qanunsuz dövriyyəsini həyata keçirməsinin dayandığı qeyd olunub. Laçın-Xankəndi yolunda davam edən aksiya təkcə ölkəmizin deyil, digər dövlətlərin mətbuatında işıqlandırılmışdır. Belə ki, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan saytlarında ölkəmizin haqlı etirazı öz əksini tapmışdır.

Xatırladaq ki, alçaq düşmənin törətdiyi ekoloji terror "Bioloji müxtəliflik", "Ramsar" "Bern" beynəlxalq konvensiyalarının tələblərini pozur. Bütün bunlar Ermənistanın bir daha hüquq normalarına riayət etmədiyini, özbaşınalığını təsdiqləyir.

Nəzrin CAVADZADƏ,

"Respublika".