Almaniya qaçqınların sayının artmasından narahatdır
Dünya xəbərləri

Almaniya qaçqınların sayının artmasından narahatdır

Almaniyada qeyri-qanuni immiqrasiyanın qarşısının alınması üçün AB sərhədlərində nəzarətin bərpası ilə bağlı müzakirələr davam edir.

"Respublika" xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

Bildirilib ki, bu ilin ilk yarısında 162 mindən çox insanın Almaniya rəsmilərinə sığınacaq üçün müraciət etməsi narahatlığı daha da artırıb. Rəsmi məlumatlara görə, bu ilin yanvar-iyun aylarında Almaniyaya sığınacaq üçün 27310-u əfqan, 24 mini suriyalı və 19208-i türk olmaqla 162 271 nəfər müraciət edib.

Qeyd edək ki, ötən illə müqayisədə müraciətlər 77,5 faiz artıb. 

Nəzrin ELDARQIZI,

"Respublika".