ABŞ daşqınlarla mübarizə aparır
Dünya xəbərləri

ABŞ daşqınlarla mübarizə aparır

Nyu-York və Vermontdakı daşqınlar səbəbindən küçələr iflic vəziyyətinə düşüb, avtomobillər yollarda qalıb.

"Respublika" xəbər verir ki, aramsız yağıntılar Nyu-York və Vermont Ştatlarında çayların daşmasına səbəb olub və  bir çox yollar su altında qalıb.

Nyu-Yorkda daşqınlar nəticəsində 1 qadın həlak olub. Orange County-də yolda qalan vətəndaşlar polislər tərəfindən xilas olunub. Ştatda daşqın Nyu-Yorkun şimalındakı Hudson çayı bölgəsində, o cümlədən ABŞ Hərbi Akademiyasının yerləşdiyi Orange County-nin bir hissəsi olan Qərbi Point-də baş verib. Nyu-York qubernatoru Katie Hohul, Orange County ' nin evlərə, müəssisələrə və infrastruktura ciddi ziyan vurduğunu söyləyib.

Musa Bağırlı,

“Respublika”.