Leysan yağışlar nəticəsində Çində 4 nəfər ölüb, 10 nəfər itkin düşüb
Dünya xəbərləri

Leysan yağışlar nəticəsində Çində 4 nəfər ölüb, 10 nəfər itkin düşüb

Çində daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı 4 nəfər ölüb, təxliyə olunanların sayı isə 110 min nəfərə çatıb.

“Respublika” xəbər verir ki, bu barədə “Hürriyyət” nəşri məlumat yayıb.

Bildirilib ki, Çinin cənub bölgələrinə, xüsusən Quandun əyalətinə keçən həftədən bəri yağan güclü yağışların nəticəsində vəziyyət daha da pisləşib.

Çaoçin şəhərində ən azı 4, Şa Dekuan şəhərində isə 1 nəfərin öldüyünü elan edən yerli hakimiyyət orqanları, Şaoquan və Çinyuan şəhərlərində itkin düşən 10 nəfərin axtarışı ilə bağlı işlərin davam etdiyini söyləyib. Bununla yanaşı, rəsmilər Şaoquan, Quançou, Heyuan, Çaoçin, Çinyuan, Meyçou və Huiço şəhərlərində yaşayan təxminən 110 min insanın sürüşmə və daşqın riski səbəbiylə evlərindən evakuasiya edildiyi, bunlardan 25.800-nün sığınacaqlarda qaldığını qeyd edib.

Musa BAĞIRLI,

“Respublika”.