Arazdəyəndə tikiləcək metallurgiya zavodunun törədə biləcəyi ekoloji fəlakətə etiraz edən beynəlxalq QHT-lərin sayı durmadan artır
Digər xəbərlər

Arazdəyəndə tikiləcək metallurgiya zavodunun törədə biləcəyi ekoloji fəlakətə etiraz edən beynəlxalq QHT-lərin sayı durmadan artır

Ermənistan tərəfindən Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən imzalanan bəyanata qoşulan beynəlxalq QHT-lərin sayı durmadan artır.

AZƏRTAC xəbər verir ki, iyunun 29-da müxtəlif ölkələrin 32 qeyri-hökumət təşkilatı tərəfindən imzalanan bəyanatı dəstəkləyənlərin sayı artıq 70-ə yaxınlaşır. Bu, bir daha onu göstərir ki, artıq beynəlxalq ictimaiyyət də Ermənistanın qlobal ekoloji fəlakət törədə biləcəyindən narahatdır.

Qeyd edək ki, bəyanatda Arazdəyəndə tikintisi aparılacaq Ermənistan və ABŞ-ın birgə layihəsi olan metallurgiya zavodunun yeni ekoloji fəlakətə səbəb olacağından narahatlıq ifadə olunur.

Vurğulanır ki, bu irimiqyaslı metallurgiya zavodunun yaradılması ilə Ermənistan beynəlxalq səviyyədə qəbul edilmiş standart və prinsiplərə, xüsusən də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasında (Espo Konvensiyası) ifadə edilənlərə açıq şəkildə məhəl qoymadığını nümayiş etdirir.

Diqqətə çatdırılır ki, Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə belə bir zavodun tikintisi transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Espo Konvensiyasına uyğun olaraq, zavodun ətraf mühitə təsirinin hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. Tikinti ilə bağlı qiymətləndirmə sənədi Azərbaycanın müvafiq qurumları, ekoloji fəallar tərəfindən rayona yaxın ərazidə yaşayan qonşu azərbaycanlıların rəyi nəzərə alınmaqla nəzərdən keçirilməlidir.

Belə bir zavodun tikintisi insanlara və planetimizə zərər verə bilər. Onun geniş təsirlərini, insan sağlamlığı, ətraf mühit və həqiqi dayanıqlılıq üçün yaratdığı təhlükəni nəzərə alsaq, bu, vətəndaş cəmiyyəti üçün "qırmızı xətt" deməkdir.

Metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Bu ekoloji təsir insan sağlamlığına və həyat təhlükəsizliyinə, fauna və floraya, torpağa, havaya və su strukturlarına mütləq təsir göstərəcəkdir. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün narahatlıq yaradır.

Bütün bunlar nəzərə alınaraq, QHT-lər BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ətraf Mühit üzrə Xüsusi Məruzəçisi və BMT-nin Zərərli Maddələr və İnsan Hüquqları üzrə Xüsusi Məruzəçisi kimi müvafiq beynəlxalq təşkilatları bu vəziyyətə reaksiya verməyə və müvafiq tədbirlər görməyə çağırırlar. Bildirilir ki, Ermənistanın davam edən ekoloji pozuntularına son qoyulmalıdır.

Bəyanatda, həmçinin Amerika Birləşmiş Ştatlarına bu riskləri qəbul etməyə və Arazdəyəndə adı çəkilən metallurgiya zavodunun tikintisinə dəstəyi dayandırmağa çağırış yer alır.

Bəyanatı imzalayıblar:

1. Məryəm Daneş, Vaşinqton və Li Universiteti, ABŞ

2. Samir Sah, Vərəm üzrə Vətəndaş Cəmiyyətinin Məsləhətçisi, Birləşmiş Krallıq

3. Ezio Tavora dos Santos Filho, "REDE-TB" təşkilatı, Braziliya

4. Cos Maria Di Bello, GEP Fondu, Argentina

5. Umarov Rüstamcon, ətraf mühit üzrə aktivist, Hiroşima Universitetinin tələbəsi, Yaponiya

6. Svetlana Doltu, AFI QHT-ı, Moldova Respublikası

7. Olya Klimenko, "TBPeopleUkraine" təşkilatı, Ukrayna

8. İnna Gavrilova, İctimai Səhiyyə Alyansı, Ukrayna

9. Sergey Uçayev, "ISHONCH VA HAYOT" QHT-ı, Özbəkistan

10. Nikoloz Mirzaşvili, TBpeople şəbəkəsi, Sakartvelo, Gürcüstan

11. Sok Çamreun Çoub, Xmer İIV/QİÇS QHT Alyansı (KHANA), Kamboca

12. Stiven Anquva Şikoli, Vərəmə qalib gəlmiş Şəxslərin Şəbəkəsi, Kenya

13. Kolins Major Kinyuru, Pamoca Vərəm qrupu, Kenya

14. Cozef Kilonzo, BISC, Kenya

15. Elçin Muxtarlı, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası

16. Piter Nqola, "Vot Gənclərin İnkişafı Layihələri" icma-əsaslı təşkilatı, Kenya

17. Çarlz Qvist, "Carepal" Fondu, Qana

18. Pərvanə Vəliyeva, "Sağlamlığa Xidmət" İctimai Birliyi, Azərbaycan

19. Çingiz Ramazanlı, TBpeople Azərbaycan, "Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyi, Azərbaycan

20. Prof.Dr.Zeki Kılıçaslan, "İstanbul Vərəm Savaş Dərnəyi", Türkiyə

21. Dr. Şemsettin Küzeci, Kərkük Mədəniyyət Assosiasiyasının prezidenti, Türkiyə

22. Abass A Kamara, könüllü, Syerra-Leone Qızıl Aypara Cəmiyyəti, Syerra-Leone

23. Mohmad Hüseyn Lone, İnsan hüquqları üzrə aktivist, İsveçrədə yerləşən Beynəlxalq İnsan Hüquqları Komissiyasının rəsmi könüllüsü, Jammu Kəşmir, Hindistan

24. Kordeliya Adamu, Afrika Ətraf Mühit və Sağlamlıq üzrə İnkişaf Şəbəkəsi, Nigeriya

25. Germain Marius Hepi, diplomat, İsveçrə/Kamerun OSER Humanitar təşkilatının prezidenti, Kamerun

26. Norman Kaqiso Matitinq, Vərəmə Qalib Gəlmiş Şəxslərin Şəbəkəsi, Botsvana

27. Nişant Çavan, İctimai səhiyyə üzrə müstəqil konsultant, Hindistan

28. Filiz Duyar Ağca, Türk Toraks Dərnəyi, Vərəm üzrə İşçi qrupu, Türkiyə

29. Haşim Əbdül Halim, Qərbi Benqal Hökumətinin Səhiyyə və Ailə Rifahı Departamenti, Hindistan

30. Kinz Eman, "Stop Vərəm Tərəfdaşlığı Pakistan", Pakistan

31. Zişan Əhməd, Puncab Əyaləti üzrə Vərəmə Nəzarət Proqramı, Pakistan

32. Mohmad Hüseyn, Banqladeşin Alergiya və Kliniki İmmunologiya İnstitutu (IACIB), Banqladeş

33. Şamsiyyə Kukanbetova - "Stop" Vərəm Tərəfdaşlığı Təşkilatı, Tacikistan

34. Novruzmo Vəzirbəyova - "Stop" Vərəm Tərəfdaşlığı Təşkilatı, Tacikistan

35. Həbib Hakimov - "Stop" Vərəm Tərəfdaşlığı Təşkilatı, Tacikistan

36. Hilol Xudonazarov - "Stop" Vərəm Tərəfdaşlığı Təşkilatı, Tacikistan

37. Rauşan Jeteyeva - Qazaxıstan Ftizipulmonoqlar Assosiyasiyası, Qazaxıstan

38. Erlina Burhan - İndoneziya Respirologiya Cəmiyyəti, İndoneziya

39. Eliyud Emeri - Keniya "Grassroots" Təşkilatları Konsorsiumu, Keniya

40. Samuel İro Timoro - "Turkana Network Trust Action for Disabilitiy" təşkilatı (Fiziki qüsurlular üçün fond), Keniya

41. Kevin Muranqori Maina - Kiongozi Fondu, Keniya

42. Əli Mvayanqa - "Kwale Focus Empowerment" İcma Əsaslı Təşkilatı, Keniya

43. Piter Musyoka - "Twene Mbee" Şəbəkəsi və İnkişaf Qrupu" İcma Əsaslı Təşkilatı, Keniya

44. Fred Vanyonyi - Kənd yerlərinin Gücləndirilməsi İnkişafı Təşkilatı - REDO, Keniya

45. Ebenyo Ome Qodvin Ome - "Okoa" Pastorlarının Yoxsulluğun aradan qaldırılması təşəbbüsü (OPPEİ), Keniya

46. Ridivani Sadiki - Keniyanın Kənd Yerlərinin İnkişafı Naminə Vətəndaş Şəbəkəsi, Keniya

47. Lusi Erika - Qadın Sülh Forumu, Keniya

48. Elizabet Lotenqan - Qadın Sülh Forumu, Keniya

49. Adunq Zifora Lokere - Lopeo sülh təşkilatı, Keniya

50. Emmanuel Ereqae - Lopeo sülh təşkilatı, Keniya

51. Viklif Alala - Nyakaç Sosial Ədalət Mərkəzi, Keniya

52. Kornelius Loçuç - Todanyatu təşkilatı, Keniya

53. Ezekel Odeo - Aqro Ətraf Mühit Fermerləri Assosiasiyası - AGEFA, Bunqoma, Keniya

54. Benson Ekeno Ebei - Türkana Qərb Gənclərinin Gücləndirilməsi Təşkilatı (TUWYE), Keniya

55. Dannis Nataparin Lapur - Keniya Gənclər Təşkilatı, Keniya

56. Paulina Akai Ejore - Keniya Gənclər Federasiyası, Keniya

57. Cozef Nqaukon Açuka - "Ayok" çoxtərəfli inkişaf təşkilatı, Keniya

58. Reymond Mutama - "Universal Fellowship" təşkilatı, Keniya

59. Meri Kirima Meri - "Vətəndaş İnkişafı Assosiasiyası 2000", Keniya

60. Abdişakir Adan Məhəmməd - Afrika Sosial İnkişaf Təşkilatı-ASDEF, Keniya

61. Fatma Abdullahi Əhməd - Qadın Hüquqlarını Müdafiə Təşəbbüsü, Keniya

62. Feyt Kiyema - "Kitui qadınları inkişafda" qurumu, Keniya

63. Silviya Nakadi - "Kamarngole" İcma Əsaslı Təşkilatı, Keniya

64. Zula Namubiru - Paradiqma Sosial Ədalət və İnkişaf İctimai Assosiasiyası, Uqanda

65. Tabe Ruth Nke-Enowmbi, Ərzaq və Kənd İnkişafı Fondu (FORUDEF), Kamerun