AVRO-2024: Azərbaycan – Avstriya oyununun hakimləri açıqlanıb
İdman

AVRO-2024: Azərbaycan – Avstriya oyununun hakimləri açıqlanıb

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

"Respublika" xəbər verir ki, UEFA oktyabrın 16-da keçiriləcək Azərbaycan – Avstriya oyununa Yunanıstandan olan briqadanı təyin edib.

Matçı Aristotelis Diamantopulos idarə edəcək. Ona Konstantinos Psarris və Andreas Meintanas kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.