Avropa İttifaqı Ukraynaya hərbi təlimatçılar göndərəcək
Digər xəbərlər

Avropa İttifaqı Ukraynaya hərbi təlimatçılar göndərəcək

Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi təlimatçılar göndərəcək.

“Respublika” İspaniya mətbuatına istinadən xəbər verir ki, təşkilat Ukraynaya dəstək siyasətində ciddi sıçrayış etməyi planlaşdırır.

Məlumata görə, Aİ həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə kömək etmək və qabaqcıl silahların alınması üçün maliyyəni artırmaq istəyir: “Həmçininin raket və döyüş təyyarələrinin Ukraynaya tədarükü də planlaşdırılır”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.